İdman

XXXII Tokio Yay Olimpiya Oyunları bir də təxirə salınmayacaq

Koronavirus infeksiyasının yayılması təhlükəsi səbəbindən təxirə salınan “Tokio-2020” Olimpiya Oyunlarının 23 iyul – 8 avqust 2021-ci il tarixlərində keçirilməsi planlaşdırılır

AzToday.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) koordinasiya komitəsinin rəhbəri Con Kouts bildirib ki, Tokioda keçiriləcək XXXII Yay Olimpiya Oyunlarının tarixi yenidən təxirə salnmayacaq:

“Yeni bir növ koronavirusun (COVID-19) peyvəndinin tapılmasından asılı olmayaraq, Olimpiadanı yenidən təxirə sala bilməyəcəyik”.

Onun sözlərinə görə, Yay Olimpiya Oyunlarının Tokioda keçirilməsi ilə bağlı son qərar bu ilin oktyabrında verilə bilər:

“Bir çox ölkədən çox sayda insan Tokio Olimpiadasına gələcək. Olimpiadanın təşkilatçıları ciddi problemlərlə üzləşəcəklər. Avstraliyada olduğu kimi, çox az ölkə epidemiya ilə mübarizədə uğurlu olub. Braziliyada gündə 10 minə qədər koronavirus infeksiyası aşkarlanır. Amma olimpiya Oyunları, çox ehtimal ki, 2021-ci ildə baş tutacaq. Onu bir daha təxirə sala bilmərik. Peyvənd olmasa belə, bütün dünyanı təmin edə bilməyəcəyimizdən nəticə çıxarmalıyıq”.

Xatırladaq ki, Tokioda 24 iyul – 9 avqust 2020-ci il tarixlərində keçirilməsi planlaşdırılan Olimpiya Oyunları koronavirus infeksiyasının yayılması təhlükəsi səbəbindən bir il təxirə salınıb (23 iyul – 8 avqust 2021).

Orxan Məmmədli

AzToday.az

Bənzər yazılar

Back to top button