GündəmManşetSiyasət

Hikmət Hacıyev: “Ermənistan ərazisindən Mingəçevir şəhərinə ballistik raket buraxılıb”

Ermənistan ərazisindən Azərbaycanın Mingəçevir şəhərinə NATO kod adı “SCUD” olan ballistik raketi buraxılıb.
Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında yazıb.

“Hava hücumundan müdafiə qüvvələrimiz S-300-lə raketi məhv edib. Raketin buraxılma anında təhqiramiz erməni ifadələri səslənir. Ermənistanın dövlət terroruna son qoyulmalıdır. Bu video Ermənistandandır”, – H. Hacıyev qeyd edib.(apa)

Bənzər yazılar

Back to top button