Dünya

Trampın qızı: “Atama tvitlərinə deyil, nəticələrə görə qiymət verin”

ABŞ Prezidenti Donald Trampın qızı İvanka, atasının “tvitlərə deyil, nəticələrə görə” qiymətləndirilməli olduğunu deyib.

Qaynarinfo xəbər verir ki, partiya qurultayında respublikaçılar qarşısında çıxış edən İvanka Amerika liderinin ünsiyyət tərzinin “hər kəsin zövqünə uyğun olmadığını” qeyd edib, ancaq onun haqqında gördüyü işlərin nəticələrinin danışdığını vurğulayıb. Onun fikrincə, Tramp Vaşinqtonu dəyişdirib, böhrandan sonra iqtisadi böyüməyə nail ola və Amerikanı əzəmətli edə bilib.

İvanka Amerikanın önümüzdəki dörd il üçün Ağ Evdə bir “döyüşçüyə” ehtiyac duyduğunu sözlərinə əlavə edib.

Xatırladaq ki, Respublikaçılar Partiyası nümayəndələrinin qurultayının son günündə Tramp ikinci müddətə namizədliyini irəli sürmək niyyətini rəsmi olaraq təsdiqləyib.

Bənzər yazılar

Back to top button