GündəmSiyasət

Bakı Azərbaycana təzyiq cəhdlərinin əbəs olduğunu Parisə xatırladıb

Azərbaycan Xarici İşlər Nazirliyi oktyabrın 11-də Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonanın Senatda çıxışı zamanı Azərbaycanın ünvanına səsləndirdiyi əsassız iddiaları qətiyyətlə pisləyib.

Azərbaycan Xarici İşlər Nazirliyi Qarabağ ermənilərinin Qarabağdan kütləvi şəkildə getməsinin “Bakı tərəfindən planlaşdırılması” ilə bağlı Kolonanın iddiasını əsassız adlandırıb. Əslində ermənilər könüllü və heç bir təzyiq olmadan bölgəni tərk ediblər.

Kolonanın fikirləri beynəlxalq təşkilatların, hətta Qarabağda mülki əhaliyə heç bir təhlükənin olmaması ilə bağlı Ermənistan baş nazirinin 21 sentyabr tarixli bəyanatına ziddir.

Parisin bu cür mövqeyi onun Azərbaycana qarşı qərəzli siyasətini davam etdirməkdə maraqlı olduğunu göstərir.

27 il ərzində Azərbaycan ərazilərinin işğaldan azad edilməsini tələb edən Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının dörd qətnaməsinin icrasını təmin etmək istiqamətində heç bir addım atmayan Fransanın indi Azərbaycana qarşı qərnamə qəbuluna çağırış etməsi riyakarlıq nümunəsidir.

“Fransa tərəfinə bir daha xatırladırıq ki, Azərbaycanla təhdid və təzyiq dili ilə danışmaq heç bir nəticə verə bilməz və bu kimi destruktiv əməllərə dərhal son qoyulmalıdır. Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı bütün addımların qarşısı qətiyyətlə alınacaq”, – Az Azərbaycan Xarici İşlər Nazirliyinin şərhində qeyd olunur.

Xatırladaq ki, Kolona Senatda bildirib ki, Fransa Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasında ermənilərin Qarabağa qayıtmasına dair qətnamənin qəbul edilməsini tələb edəcək. “Azərbaycan 100 mindən çox erməninin Dağlıq Qarabağdan çıxmasını planlaşdırıb və təşkil edib. Bu ağır cinayət cavabsız qala bilməz. Ermənistanla Azərbaycan arasında münaqişə danışıqlar yoluyla həll olunmalıdır. Bakı başa düşməlidir ki, güc tətbiq etmək yoluyla gedə bilməz”.

Bənzər yazılar

Back to top button