Hadisə

İdman Akademiyasında karantin qaydaları pozuldu – FOTO

Ölkədə pandemik vəziyyətin gərginləşməsindən sonra karantin qaydaları yenidən sərtləşdirilib.

Dövlət tərəfindən tətbiq olunan karantin tədbirləri insanların kütləvi yoluxmasının qarşısını almaq, pandemik vəziyyəti nəzarətdə saxlamağa yönəlsə də, təəssüf ki, bu qaydalara məhəl qoymayan bir sıra özəl, hətta dövlət qurumlarının əməkdaşlarına hələ də rast gəlinməkdədir.

Aktual.az xəbər verir ki, bu kimi qanun pozuntusuna bu dəfə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) rast gəlinib.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Belə ki, 15 dekabr 2020-ci il tarixində ADBTİA-nın Tədris studiyasında, təhsil müəssisəsinin İctimaiyyətlə əlaqələr üzrə nümayəndəsi Sabina Məmmədovanın doğum günü şənliyi keçirilib.

Mərasimdə Akademiyanın rəhbər şəxsləri – Tədris məsələləri üzrə prorektoru Təhminə Tağı-zadə, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Elnur Məmmədov, İKT və İnnovasiyalar şöbəsinin müdiri Şaiq Məmmədli, İdman Menecmenti Magistr Proqramının meneceri Elmira Məmmədova, proqramın kordinatoru Sabir İsmayılov, həmçinin qurumun digər əməkdaşları ilə yanaşı səbəbkarın dostları və yaxınları da iştirak ediblər.

Mərasim iştirakçıları doğum günü şənliyindən olan şəkilləri sosial media hesabları üzərindən yayımlamaqdan belə çəkinməyiblər.

Paylaşılan video və foto görüntülərdə karantin qaydalarının kobud şəkildə pozulduğu, qapalı məkanda kütləvi toplaşmaqla yanaşı, maska, ara məsafə kimi mühafizə tədbirlərinin də açıq şəkildə gözardı edildiyi müşahidə olunub.

Ölkə rəhbərliyi dəfələrlə öz çıxışlarında qanunun kimliyindən asılı olmayaraq hər kəs üçün keçərli olduğunu bildirib: “Ümid edirik ki, hər gün yüzlərlə insanın yoluxduğu və ölüm hallarının yüksək olduğu dönəmdə daha çox nizam-intizam tələb edən idman sahəsində, xüsusən təlim-tədris müəssisəsində bu cür uyğunsuz və məsuliyyətsiz hallarla bağlı tez bir zamanda aidiyyatı qurumlar tərəfindən müvafiq sərt ölçü götürüləcək, dövlət qurumlarının nümayəndələri məsuliyyətlərini dərk edərək digər vətəndaşlara da mənfi nümunə olan bu kimi davranışlara yol verməyəcəklər”.

Bənzər yazılar

Back to top button