İqtisadiyyatManşet

İqtisadiyyat böyüyür, əhali isə kasıblaşır (CƏDVƏL)

Müstəqillik tarixinin ən böyük iqtisadiyyatı

2022-ci ilin yanvar-oktyabr ayları ərzində ölkədə 111 milyard manatlıq ümumi daxili məhsul yaradılmışdır. Bu müstəqillik tarixində ölkə iqtisadiyyatında yaranan ən böyük əlavə dəyərdir. Ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin 10 ayı ərzində qeydə alınan real iqtisadi artım isə 5.2% olmuşdur. Bu dövrdə həmçinin qeyri-neft ÜDM-in həcmi 49.1 milyard manata bərabər olmuşdur. Qeyri-neft sektoru üzrə ÜDM deflyatorunun 112.3 bənd olduğu vəziyyətdə illik real artım tempi 9.6% olmuşdur. Bu isə il ərzində yalnız yanvar (8.7%) və iyun (9.4%) aylarının göstəricilərindən yuxarı olmuşdur.

Ümumiyyətlə, son 14 ilin tendensiyasına baxdıqda ortaya çıxan maraqlı məqamlardan biri də, qeyri-neft sektorunun ölkə iqtisadiyyatındakı payının neftin qiymətləri ilə tərs mütənasib olması təəssüratıdır (devalivasiya və pandemiya ilinə diqqət). Məsələn, neftin qiymətinin yüksək olduğu 2008-2013-cü illərdən fərqli olaraq, neft qiymətlərinin aşağı olduğu 2014-2021-ci illərdə qeyri-neft sektorunun ÜDM-də payı yuxarı olmuşdur. Neftin kifayət qədər yüksək qiymətdən ticarət olunduğu 2022-ci ilin on ayında isə ÜDM-də qeyri-neft sektorunun payı 44%-dək azalmışdır.

Lakin, istər yuxarı, istərsə də aşağı səviyyədə olmasından asılı olmayaraq, qeyri-neft sektorunun iqtisadiyyata təsir və ötürücülük qabiliyyətinin məmnunluq doğurduğunu söyləmək omur.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Belə ki, birincisi baxdığımız tendensiya bizə artımın xeyli volatil olması və xüsusilə də, təbii qaz sənayesinin yüksəldiyi dövrdə enerji bazarındakı dəyişikliklərdən təsirləndiyini göstərir.

İkincisi, qeyri-neft sektoru üzrə iqtisadi artımın inflyasiya (15.6%) və məşğulluğa təsir imkanları olduqca zəifdir. Bu isə artımın rifaha yönümlü deyil, inhisar meyilli olduğuna işarə edir, artımın faydaları cəmiyyət üzvləri arasında proporsional yayılmır.

Məsələn, 2017-2021-ci illərdə qeyri-neft sektoru üzrə iqtisadi artım tempi orta hesabla 2.6% olduğu halda, bu temp məşğul əhali üzrə 1%, muzdlu işçi sayı üzrə isə 2.5% olmuşdur. Muzdlu işçilər üzrə artım tempinə isə iqtisadiyyatdakı ağardılmaların təsir etdiyini də nəzərə almaq lazımdır.

Pünhan Musayev, iqtisadçı

Bənzər yazılar

Back to top button