Dünya

Hillari Klintona qarşı e-poçt yazışma işi yenidən qaldırıldı

Bazar ertəsi Kolumbiya dairə məhkəməsi ABŞ-ın keçmiş dövlət katibi Hillari Klintonun şəxsi serverdən istifadə etdiyi elektron yazışmalarına dair işinə yenidən baxıb.

Qaynarinfo xəbər verir ki, məhkəmə qərarında keçmiş dövlət katibinin şəxsi serverdən istifadə səbəbləri və Dövlət Departamentində qeydlərin dövriyyəsi qaydalarını başa düşməsi ilə bağlı sorğuya münasibət haqda “Judicial Watch”ın vəsatətini təmin etdiyi bildirilib. Məhkəmə 2013-cü ildə Liviyanın Benqazi bölgəsindəki ABŞ səfirliyinə edilən hücumla əlaqəli sənədlər barədə Klintonun dindirilməsinə icazə versə də, o dövrdəki hərəkətləri barədə belə izn verməyib.

Xatırladaq ki, bundan əvvəl “Judicial Watch”ın fəalları keçmiş dövlət katibinin rəsmi yazışmaları şəxsi poçt serveri vasitəsilə necə apardığı barədə məlumatları açıqlamağa nail olmuşdular. Klintonun fikrincə, təşkilat 2016-cı il prezident seçkilərində onun məğlubiyyətinə gətirən qalmaqalın təşəbbüskarı olub.

Bənzər yazılar

Back to top button