Hadisə

Mübariz Mənsimov əməliyyat olunub

Türkiyədə fəaliyyət göstərən “Palmali Group”un sahibi, azərbaycanlı iş adamı Mübariz Mənsimov əməliyyat olunub.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə adıçəkilən holdiqin mətbuat katibi Fidan Quliyeva sosial şəbəkədə yazıb.

Daxil olan çoxsaylı zənglərə əsasən, paylaşım etmək məcburiyyətində qaldım. “Palmali Holding” Yönətim Kurulu Başkanı Mübariz Mənsimov cərrahiyyə əməliyyatı keçirib. Hazırda vəziyyəti stabildir və həkimlərin nəzarəti altındadır. Zəng edən və maraqlanan hər kəsə təşəkkürünü bildirdi.

“Özümü yaxşı hiss edirəm, narahatçılığa heç bir əsas yoxdur. Həkimlər tərəfindən lazım olan bütün tədbirlər görülür. Səhhətimlə maraqlanan və narahat olan hər kəsə təşəkkür edirəm. Yaxşıyam” deyə bildirib.

Bir daha xatırladım ki, Mübariz Mənsimov səhhəti ilə bağlı İstanbul xəstəxanalarının birində əməliyyat olunub

Holdinqin mətbuat katibi Fidan Quliyeva Gununsesi.info-nun sorğusuna cavab olaraq, Mənsimovun seçkilərdə səs verəcəyini deyib: “Səyyar qutu gətirilməsi üçün Azərbaycanın İstanbuldakı Baş Konsulluğuna müraciət olunub”.

Bənzər yazılar

Back to top button