Dünya

Stromboli vulkanı püskürdü (VİDEO)

İtaliyanın cənubunda yerləşən Stromboli vulkanı püskürüb.

Qaynarinfo xəbər verir ki, yerləşdiyi ada ilə eyni adı daşıyan vulkanın partlaması lentə alınıb. Görüntülərdə vulkanın püskürməsi və daha sonra ətrafa yayılan lavalar görünür.

Tez-tez püskürməsi səbəbindən ortaya çıxan işıq nəticəsində “Aralıq Dənizinin fənəri” də adlandırılır.

Püskürmə nəticəsində itkilərin olmadığı və ətrafa zərər dəymədiyi bildirilib.
https://youtu.be/uQhWWofQBEg

Bənzər yazılar

Back to top button