İdman

Messidən sonra “Barselona” cərimə zərbəsindən qol vurmayıb

“Barselona” 2021-ci ildən bəri cərimə zərbəsindən rəqib qapısına yol tapmayıb.

Fanat.az “Squawka Football”a istinadən xəbər verir ki, Kataloniya təmsilçisi Lionel Messi klubu tərk edəndən sonra penaltidən qol vurmağı bacarsa da, “duran top”u tora qovuşdura bilməyib.

Messinin özü də son dəfə standart vəziyyətdən qol vurandan sonra 3 dəfə hədəfdən yayınıb. Ümumilikdə “Barsa” o vaxtdan bəri 41 belə imkanı qaçırıb.

Mənbə Rafinyanın 12, Robert Levandovski və Memfis Depayın hərəyə 6, Ansu Fati ilə Ferran Torresin hərəyə 4, Messinin 3, Filippe Koutinyunun 2, İlkay Gündoğan, Jordi Alba, Usman Dembele və Jerar Pikenin isə hərəyə 1 dəfə cərimə zərbəsini boşa verdiyini vurğulayıb.

Bənzər yazılar

Back to top button