Cəmiyyət

Dövlət xidmətindən könüllü döyüşə getmək istəyənlərə müraciət

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) vətəndaşlara müraciət edib.

Dövlət Xidmətindən AzToday.az-a daxil olan məlumatda bildirilib ki, könüllü olaraq orduda xidmət etmək istəyən vətəndaşlar bu gündən Xidmətin www.seferberlik.gov.az saytında aşağıdakı keçid vasitəsilə öz müraciətlərini elektron qaydada həyata keçirə bilərlər.

//exidmet.seferberlik.gov.az/Volunteer/Service

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısını almaq və insanların sağlamlıq təhlükəsizliyini təmin etmək məqsədilə müəyyən olunmuş tələblərə əməl edilməsi, respublikamızda və xaricdə yaşayan vətəndaşların rahatlıqlarının, müraciət imkanlarının daha əlçatanlığının, həmçinin çoxsaylı vətəndaş müraciətlərinin qeydiyyatının operativliyinin təmin olunması üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yeni elektron xidmət istifadəyə verib.

Qeyd edək ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatla əlaqədar Xidmətin aparatına, yerli idarə, şöbə və bölmələrinə könüllü olaraq cəbhə bölgəsinə gedərək döyüşmək və lazımi köməklik göstərmək istəyən vətəndaşlarımız tərəfindən çoxsaylı müraciətlər daxil olmaqdadır

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button