Bizim seçimCəmiyyət

İradə Cavadova Vəkillər Kollegiyasını ittiham etdi: Məhkəmənin 8 aya tapa bilmədiyi adamı…

Azərbaycanın daha bir məşhur vəkili İradə Cavadova da Vəkillər Kollegiyasının hədəfinə tuş gəlib.

AzToday.az xəbər verir ki, vəkil özünün sosial şəbəkədəki hesabında kollegiyanın ona qarşı iddiası haqqında yazıb. Həmin qeydləri təqdim edirik:

Vəkillər Kollegiyasının mənə qarşı 19.09.2018 ci il tarixində verdiyi iddia ərizəsi təqdim edirəm:
Qeyd etmək istəyirəm ki, həmin hüquqlarını müdafiə etdiyim K.M-ə qarşı Xəzər rayon məhkəməsində iddia qaldıraraq:

1. Barəmdə dediklərinin həqiqətə uyğun olmadığını,
2.Həmin məlumatların mənim şərəf və ləyaqətimi, eləcədə işguzar nüfuzumu ləkələyən məlumat kimi qiymətləndirilməsini,
3. cavabdehdən mənəvi zərərin əvəzi olaraq 1000 (bir min) manat məbləğində pul tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişəm.

Xəzər rayon məhkəməsi 28 dekabr 2018 ci il tarixində iddiamı qismən təmin edərək cavabdehin 21 aprel 2018 ci il tarixində VK ünvanladığı teleqramda yazılanları həqiqətə uyğun olmayan məlumatlar hesab etmişdir. Qalan hissəədə iddiamı rədd etmişdir.

Qətnaməni 7 fevral 2018 ci il tarixində VK -ya rəsmi qaydada təqdim edərək 11 iyun 2018 ci il tarixində barəmdə verilmiş qərara yenidən baxılmasını xahiş etmişəm.

Hə ………hənqamələr elə həmin gündən başlayıb.

Xəzər rayon məhkəməsi cavabdehi 8 ay tapa bilmədi. sagolsun VK sədri tez bir zamanda kimlərinsə, yəqin ki, köməkliyi ilə cavabdehi tapdi və dərhal Ayxan adlı şəxsi ona vəkil elədi və apellyasiya şikayətini göndərdilər.

Bənzər yazılar

Back to top button