İdman

“Barselona”da Messidən qaçan Neymara PSJ-də böyük şok

“Lion”la oyunda 4 qol vuran PSJ-nin gənc ulduzu Kilian Mbappe rekordlar qırmağa davam edir.

Fanat.Az xəbər verir ki, Paris klubunda keçirdiyi 51 oyunda 51 dəfə fərqlənən 19 yaşlı futbolçu Liqa 1-də 45 ildən sonra bir oyunda 4 qol vuran ilk futolçu olub.

Performansı ilə özündən söz etdirən Mbappe komanda yoldaşı Neymarı da çətin vəziyyətdə qoyub. “Barselona”da Lionel Messinin kölgəsində qaldığı üçün PSJ-yə üz tutan braziliyalı PSJ-də də 19 yaşlı komanda yoldaşının kölgəsində qalıb. Fransa mətbuatı “Lion” matçında qol sevinci zamanı çəkilmiş bir fotonu yayımlayıb və Neymarın baxışlarına diqqət çəkərən “Messinin kölgəsindən qaçarkən Mbappe ilə qarşılaşdı” yazıb.

Bənzər yazılar

Back to top button