GündəmSiyasət

ABŞ Bakı və İrəvana təkliflər təqdim edib

ABŞ administrasiyası Ermənistan və Azərbaycan rəhbərliyinə sülh sazişi üzərində iş çərçivəsində bəzi mübahisəli məsələlərin həlli ilə bağlı təkliflərini təqdim edib.

Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin birinci müavini Derek Hoqan bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında danışıqlar prosesində irəliləyiş var.

“Mayın əvvəlində dövlət katibi iki ölkənin xarici işlər nazirlərini bir sıra ən mübahisəli məsələlərin, məsələn, sərhəd bölgəsindəki qoşunların çıxarılması, müqavilədəki mübahisələrin həlli mexanizmi üzərində işləmək üçün qəbul etdi. Dağlıq Qarabağdakı etnik ermənilərin hüquq və təhlükəsizliyinə nail olmağa kömək etməyə çalışırıq. Bunlar, üzərində işlədiyimiz məsələlərdir”, – D. Hoqan bildirib.

Hoqanın sözlərinə görə, mayın 1-də Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında aparılan danışıqlar zamanı iki tərəf arasında sıx diplomatik qarşılıqlı əlaqə olub.

“Biz indi ən mübahisəli məsələlərdə nə edilə biləcəyini araşdırırıq. Bu barədə bir sıra təkliflər irəli sürdük ki, tərəflər fikir ayrılıqlarını aradan qaldırmaq üçün ortaq dil tapsınlar”, – Dövlət Departamentinin rəsmisi deyib.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button