Bizim seçimDünyaHadisəManşet

Zamanda səyahət mümkündürmü? (VIDEO)

“Nələrin imkanımız daxilində olduğunu anlamağın tək yolu, onların sərhədləri xaricinə, imkansıza doğru yol almağımıza baxır”

Artur Klark

İnsan oğlu bitməyən bu röyasını gerçəkləşdirə biləcəkmi? Kitablara və filmlərə mövzu olan zamanda yolçuluqla bağlı alimlərin yürütdüyü son araşdırmalar nə yerdədir? Bu mövzu ilə bağlı dünyanın ən ağıllı başları zamanda yolçuluğun növbənöv üsullarını önə sürürlər. Ancaq zamanda səyahətdən öncə görə, duya və toxuna bilmədiyimiz zamanın nə olduğunu nəzəri də olsa, anlamağa çalışaq. 20-ci yüz ilin dahi elm adamlarından olan Eynşteyn önə sürdüyü “Nisbilik Nəzəriyyəsi” ilə zamanın bir çox insanın düşündüyü kimi sabit deyil, illuziya, yəni xülya yanılqısı olduğunu söylədi. Bir müşahidəçi uzağa yolçuluq edə bilər və qapalı sürətdə geri dönə bilər. Səyahətçinin öz saatına görə zamanda sadəcə bir neçə il ötüb. Ancaq “Nisbilik Nəzəriyyəsi”nə görə yolçuluq əsnasında əslində nə qədər zaman keçdiyi sualına veriləcək heç bir obyektiv cavab yoxdur.

Mövzumuza qayıdarsaq, Albertin E = mc² formulu ilə göstərdiyi kimi, adlandırdığı “enerji” kütləyə dönüşə bilir. Çox sürətlə gedən gəmi haradasa, bütövü ilə enerjiyə dönüşür, bundan asılı olaraq da, kütləsi artır. Hədsiz ağır kütlə həm gəminin daha çox sürətlənərək, işıq sürətinə yetişməsini önləyir, həm də zamanın yavaşlamasına yol açır. Buna görə maddə saniyədə 300 min km olan işıq sürətinə yaxınlaşarkən zaman da yavaşlayar, bu sürətə yetişdiyində isə zaman dayanar və geridə qoyub getdiyiniz insanlara nisbətdə daha yavaş gedər. Örnək üçün, 15 yaşlı birisi işıq sürəti ilə kosmosa uçsa, 5 il sonra da geri dönərsə, onunla eyni yaşda buraxıb getdiyi sinif yoldaşları 65 yaşında olacaq. Kosmosdakı zaman qavramı və ölçüsü daha fərqlidir. Şəxsi düşüncəmə gəldikdə isə, necə hər ölkənin öz saat qurşağı var, eləcə də, hər planetin, hətta hər qalaktikanın öz zaman qurşağının-ölçüsünün olduğunu zənn edirəm. Eynşteynin nisbilik nəzəriyyəsi ilə zamanın axınının yavaşladığı və sürətləndiyi yerlər olduğunun fərqinə varılmışdı. Qətiyyən haqlı idi. Zaman mütləq deyil, sürətə görə dəyişir. Deməli, zamanda səyahət etmək istəyiriksə, çox sürətli hərəkət etməliyik. Yüksək sürət əldə etmək üçün nəhəng enerjiyə ehtiyacımız var. Əgər hazırladığım videoları davamlı izləmisinizsə, zamanda yolçuluqla əlaqəli alimlərin super maddə olan anti-maddənin hazırlanması ilə bağlı çalışmalarını sizə təqdim etmişdim.

Tək qramındakı astronomik yüksək enerjili bu super maddə ilə yüksək sürətə yetişməklə zamanda səyahət mümkün ola bilər. Alimlərin zamanda səyahətlə bağlı İsveçrədə yürütdükləri araşdırma da ümidvericidir. CERN-də dünyanın ən böyük Zərrəcik Sürətləndiricisi Mərkəzində 25 km dərinlikdə və eyni uzunluqdakı lazer bir tuneldə bu kiçik parçacıqların trilyonlarcası var. Sistem çalışdığında o zərrəckilərin 0-dan 96.500 km sürətə yetməsi saniyənin çox kiçik bir qismində gerçəkləşir. Güc artırıldıqca, parçacıqlar daha da çevikləşir. Və təxminən 25.000 km-i saniyədə 10 min dəfə dolaşanadək sürətlənirlər və zamanda yolçuluq edirlər. Bu təcrübə ilə səyahət üçün ehtiyac duyulan limitin 99.9%-nə nail olunur. Bunu onların səyahəti əsasında görüntülənən kiçik epizodlardan bilirlər. Məntiq əslində çox bəsitdir: Əgər gələcəyə yolçuluq etmək istəyiriksə, sadəcə, sürətlənməyimiz gərəkir.

Zamanda səyahətlə əlaqəli digər üsul isə kosmosdakı qara dəliklərdir. Məni də sahib olduğu özəllikləri ilə özlərinə heyran buraxan bu nəhəng qara dəliklər çevrəsində olan və yaxınından keçən bütün maddələri içlərinə dartırlar.Öz sıxlıq və genişliklərini, dolayısı ilə də cazibə qüvvələrini davamlı olaraq artırıb, daha böyük güc halına gəlirlər. Nəticədə, işığı belə bükə və içinə darta biləcək gücə yetişirlər. Bu durum onları təbii bir zaman makinasına dönüşdürür. Onların sahib olduqları güclü təsir qüvvəsi ilə zamanda irəliyə səyahət etməyimiz mümkünləşə bilər. Örnək üçün, Əhməd 30 il boyunca qara dəliyin orbitində hadisə üfüqünün üzərinə yaxında qaldıqdan sonra dünyaya geri dönərsə, qardaşı Səlim minlərlə və ya milyonlarla il yaşlanmış olacaq. Qara deşiklərin içərisində bilinən fizika qaydaları işləmir. Onların orbitində keçirəcəyimiz 1 saatın qarşılığı ortalama 50 ildir. Kosmos və zamanın bütövlükdə sabit olduğu yer bu dəliklərin bükülmüş qisimləridir. Çıxış nöqtələri isə sonsuzluqdur. Onlar fotonları udub, işığı sovururlar və çölə işıq əks etdirməzlər. Ona görə də, qara dəliklər adlandırılır. Digər nəzəriyyələrə görə, bu dəliklər başqa dünyaya açılırr və bu qapı da ikinci kainata keçid qapılarıdır. Kainatda çoxlu sayda qara dəliklərin olduğunu gözə aldıqda, kainatın bir-birinin içinə keçmiş, saysız tunellərdən yarandığı düşünülə bilər. Şərh edərsək, gələcəyə getmək üçün böyük kütləli cisimlərin yanına getmək gərəkir. Dostlar mövzunu ərsəyə gətirmək üçün 8 gün çalışıb əmək sərf etdim. Ümid edirəm ki, bəyənib dəstək olacaq və tam izlədikdən sonra araşdırmamadakı yetərli və yetərsiz gördüyünüz qisimləri qeyd edərək, məni daha da cəsarətləndirmiş olacaqsınız.

Zamanda yolçuluğun ən qısa yolu isə Soxulcan dəlikləridir. Üstəlik, bu dəliklər ixtiyari bir xəyal məhsulu deyil. Onlar 5 milyard işıq ili uzaqlıqdakı qalaktikaya bir neçə saniyə içərisində getməyimizi təmin edə biləcək, kosmodakı iki nöqtəni bir-biri ilə əlaqələndirən nəsnələrdir. Bir yol düşünək: Kainatda bizi istədiyimiz planetə, qalaktikaya və hətta ulduza götürsün. Kainatı bir kağız kimi düşünərək, kağızı rulon şəklində sarıyıb ortasından bir dəlik açaq. Kağız üzərində hərəkət etməkdənsə, onun üzərindən deşik açaraq, daha qısa yolla bir nöqtədən digərinə getmək və zamanda yolçuluq etmək mümkündür. Gedəcəyimiz həmin bu kəsdirmə yollar soxulcan dəlikləridir. Bu dəliklər qlobal giriş-çıxışları bir-birinə bağlayan körpü vəzifəsindəki bir boğazdan yaranır. Onlar kəşf edilsə, uzaq bir qalaktikada belə zamanda səyahət edilə bilinər. Özü də həm keçmişə, həm gələcəyə. Əgər belə bir dəlikləri özümüz inşa edə bilsək, bizi getmək istədiyimiz hər yerə dəqiqələr içərisində çatdıra bilər və milyardlarla işıq ili məsafəni bizimçün önəmsiz qılacaq kəsdirmə yola sahib olacağıq. Hətta minlərlə, onminlərlə ulduz sistemini soxulcan dəlikləri ilə bir-birinə bağlayıb ucsuz-bucaqsız bir mədəniyyət qura bilərik. Hazırda uzaq planetlərə və ulduzlara günümüz texnologiyası ilə getməyimiz mümkün deyil. Həmçinin ora gedib çatana yetəcək enerji tapma və onu daşıya biləcək hava nəqliyyatı da digər əngəllərdir. Ayrıca, insan ömrünün buna yetib-yetməyəcəyi də tərəddüdlü qalır. Ümumi şərh edərsək, zamanda səyahət üçün kosmosa tunellər-kəsə yollar inşa etməliyik. Zamanla bağlı yanılqılarımız ondan ibarətdir ki, zamanın düşüncəmizdəki irəlilədiyi gerçəkliyində zamanda səyahət əlçatımlı deyil. Çünki keçmişə gedə bilməyiniz üçün davam edən zamanın bir yerdə dayanmış olması gərəkir. Və sübutu bizim zehnimizdə və kosmosdadır. Fəzadakı kosmik gəmidəki zaman “bizə görə” daha yavaş axır. İşıq sürətinə yaxın bir tezlikdə gedən kosmik gəmidə də zaman dünyamıza görə daha yavaş keçir. Biz onlara nisbətdə gələcəkdəyik.

Zamanda yolçuluğun digər bir yöntəmi isə kainatımızın yaranışını təşkil edən kosmik tellərdir. Bu ipliklər mövcud sanılan “qüsurlar”dır. Zaman-məkan toxumasında kainatın bətndən doğuluşundan qalıblar, onlar nadir quruluşlu tək ölçülü nəsnələrdir. Yəni, uzunluq, en və dərinlik ölçülərindən təkcə birinə – uzunluğa sahibdirlər. Kainat onlar üçün donmuş bir göldə kiçik çatlaqlar kimidir. Kristallardakı qüsurlarla müqayisə edilirlər. Bu kosmik tellərin üzərindən keçərək və ya onlar vasitəsi ilə zamanda səyahətin mümkünülüyü düşünülür.

Mövzunun önəmli qisimlərindən olaraq qeyd edim ki, bizə ev sahibliyi edən kainatımızda prosesləri 3 ölçü ilə qavrayırıq: genişlik, uzunluq və hündürlük. Zaman isə 4-cü ölçüdür. Bu ölçü “yön” adı verilən bir başqa qavramla tanımlanır. Və hər zaman üçün yön qavramı irəliyə doğru hərəkətdədir. Bəs, 3-cü və 4-cü ölçü birləşdirilərsə, nə olar? Kosmos-zaman və kosmos bükülə bilər olar. Kosmosu bükən fəza cisminin kütləsi nə qədər ağır və sıx olarsa, bükülmə dərəcəsi də artacaq. Onun içərisinə almış olduğu cisimlər çölə çıxması imkansız bir hala gələcək. Fəzada içində olduğumuz digərlərinə nisbətdə zəif kütləli Yer planetində zaman daha sürətlə ötür. Bu isə bizə də şamildir. Özfikir olaraq düşünürəm ki, bir tərəfdən Yer kürəmizini kütlə azlığı zamanın sürətlənməsinə səbəbdirsə, digər tərəfdən, o, bizi daha az öz içinə çəkmə özəlliyinə sahibdir. Nəzərdə tutduğum odur ki, deməli, Yer kürəsi bizi qara dəliklər kimi öz içərisinə alıb digər qalaktikalara və planetlərə açılmağımızı əngəlləmir. Zamanda yolçuluqla bağlı yürüdülən maraqlı araşdırmalardan biri də Avstraliyada gerçəkləşdirilib. Kvinslend Universiteti alimləri kompüter təcrübəsi ilə kvant səviyyəsində zaman yolçuluğunu isbatlamağa çalışıblar. Onlar ayrı fotonun ilginc davranışlarını modelləşdirə biliblər. Foton köstəbək dəliyi içərisi ilə irəliləyərək və məkan zamanda keçmişə ötürülərək, özü ilə qarşılıqlı rabitəyə girib. Təcrübə 2 ssenari əsasında edilib: 1) Atom parçacıq dəlikdən keçərək öz keçmişinə qayıdır və orada özü ilə təmasa girir. 2-ci ssenaridə isə foton digər, sıradan bir hissəciyə təsir edir. Alimlər belə hesab edir ki, yürütdükləri təcrübə iki böyük fizika nəzəriyyəsinin birləşdirilməsinə qatqını təmin edir. Bu mükəmməl hadisəni qısa zaman sonra biz insanlar üzərində də həyata keçirmək mümkün olacaq. Fotonun özü ilə qarşılıqlı əlaqəyə girməsi zamanda yolçuluğun bir növ təsdiqidir. Zamanda səyahətin mövzumuzdakı son metodalarından biri də Kosmos Dəliyi keçididir.

Onlar kainatdakı tunellərdir. Bu nəzəri keçidlər sadəcə kosmosda deyil, zamanda da kəsə yollar yaradır. Elm adamları kosmos dəlikləri yarada biləcək kosmos nəqliyyat vasitəsini düşündülər artıq. Ancaq gəmilərin çökməmələri üçün bir şey lazım gəlir: qaranlıq maddə. Başqa bir problem isə kosmos-zaman boyunca təsadüfi qarşılaşılacaq bir yolçuluğun bariz riskləri ola bilər. Şərh edərsək, zamanda səyahət üçün kosmosa gedib oradakı kəsə yollu, uzunluğa sahib tunellərdən yararlanmalıyıq. Kainatın zaman ötdükcə daha da genişləməsi bildiyimiz bir gerçəkdir. Mən isə düşünürəm ki, alimlərin dünyanın fırlanma sürətinə yönəlik etdikləri araşdırmada planetimizin get-gedə daha yavaş fırlandığını və bununla da, 24 saat olan sutkamızın uzanacağını göz önünə aldıqda, zamanda irəli və gələcəyə getdiyimizi düşündüyümüz anda bəlkə də gələcəyimizə geri qayıtmış olacağıq?! İnsan kainatın ayrılmaz bir toxumu kimidir. Düşünün ki, bir gün kosmik gəmimizə minmək şansımızı əldə edib yüksək sürətlə planetimizdən uzaqlaşsaq, bir müddət keçdikdən sonra isə geri dönsək, nələr baş verər? Gələcəyə qayıtsaq… Elmi fantastika kimi səslənsə də, bunların hər birinin gerçəkləşəcəyi üsullar artıq təsbit edilib. Bəs, mövzu ilə bağlı siz necə düşünürsünüz: Elm adamları bir zaman makinası icad etsələr, keçmişəmi, ya gələcəyəmi səyahət etmək istərdiniz?

Bənzər yazılar

Back to top button