Dünya

ABŞ Ukraynanın ilhaq edilmiş ərazilərini Rusiyaya məxsus ərazilər kimi tanımır

ABŞ bir daha bəyan edib ki, ilhaq edilmiş hər hansı Ukrayna ərazisini “heç vaxt” Rusiyaya məxsus ərazi kimi tanımayacaq.

“İstənilən ilhaq qanunsuzdur. Bu, BMT Nizamnaməsinin kobud pozuntusudur”, deyə Bayden Administrasiyasının yüksək vəzifəli nümayəndəsi cümə günü telekonfrans zamanı bildirib.

Rusiya Hersonun, Zaporijyanın və Donetsk və Luqansk “xalq respublikalarının” Rusiyaya qoşulması haqqında saxta referendumlar keçirməyi planlaşdırır.

“Rusiya rəhbərliyi məmurlara Harkovun rayonlarında da bu referendumların keçirilməsinə hazırlığa başlamağı tapşırıb”, deyə məmur kəşfiyyat məlumatlarına istinadla bildirib.

“Bizdə olan məlumat göstərir ki, Rusiya rəsmiləri, çox güman ki, Rusiyanın Ukraynaya vurduğu ziyanla və Rusiyanın işğalına geniş yerli müqavimətlə əlaqədar bu referendumlarda seçicilərin iştirakının az olmasından narahatdır.

Biz Rusiyanın yalandan Ukrayna xalqının Rusiyaya qoşulmaq istədiyini bəyan etmək üçün bu referendumların nəticələrini manipulyasiya edəcəyini gəzləyirik”, deyə ABŞ-ın rəsmi nümayəndəsi bildirib.(Turan)

Bənzər yazılar

Back to top button