Bizim seçimGündəmManşet

Prezident AZTV-nin sabiq sədri ilə bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev Nizami Xudiyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

AzToday.az xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Nizami Manaf oğlu Xudiyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcək.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Qeyd edək ki, Nizami Xudiyev 1996-2006-cı illlərdə AZTV-yə rəhbərlik edib.

Bənzər yazılar

Back to top button