DünyaManşet

Ermənistanda etnik ayrı-seçkiliklə bağlı qalmaqal böyüyür – yenidən yezidilərə təzyiqlər başlayıb

Yezidi mərkəzinin rəhbəri işğalçı ölkədə şovinizmin hökm sürdüyünü və yeganə milli azlığa qarşı ciddi təzyiqlər olduğunu bəyan edib

AzToday.az “aysor.am” saytına istinadən xəbər verir ki, “VETO” ictimai-siyasi hərəkatının qurucusu Narek Malyan özünün “facebook” səhifəsində Ermənistanda yaşayan yeganə etnik icma olan yezidilərin (ezidilər) nümayəndəsi Saşik Sultanyanın müsahibəsinə toxunaraq, gələn həftə “Soros” fondunun adamları tərəfindən ələ keçirilən hakimiyyətin ölkədə etnik nifrət oyatması faktı ilə əlaqədar Milli Təhlükəsizlik Xidmətinə müraciət edəcəyini söyləyib: “Bu halda normal ölkədə sadalanan faktlara görə cinayət işi açılacaq və günahkarları cəzalandıracaqlar. “Soros”un qəsb etdiyi Ermənistan hakimiyyəti isə nə edəcək? Heç nə etmyəcək”.

Yezidilər sabah Ermənistanda başlarına nə gələcəyini bilmirlər

Narek Malyan, hətta Sultanyanın verdiyi müsahibədən bir sitat gətirərək vəziyyətin acınacaqlı olduğunu ortaya qoyub: “Ermənistanda yezidilərin hüquqlarının qorunduğunu nə qədər söyləsək də, bu tamamilə doğru deyil. Bu baxımdan, təşkilatımız – Yezidi İnsan Hüquqlarını Müdafiə Mərkəzi insan haqları təşkilatı olduğu üçün insan hüquqlarının pozulmasından danışmaq istəyirəm. Ermənistan yezidilərin öz milli kimliklərini qoruyub saxlamaları üçün fürsət yaratmaq barədə öhdəlik götürüb, lakin bu öhdəliklərin yerinə yetirilməməsi təəssüf doğurur. Ermənistanda dilimizi öyrənmək qadağandır. İraqda yaşayan yezidilər məktəblərdə ana dilini öyrənə bilirlər, amma Ermənistanda belə bir imkan yoxdur”.

S.Sultanyanın sözlərinə görə, ikinci problem ayrı-seçkilikdir: “Ermənistanda yezidlər çox vaxt geridə qalmış millət kimi qəbul edilir və bu, bir çox erməninin yezidilərin şəxsi əmlakından məhrum etmək hüququnu özündə hiss etməsinə səbəb olur. Onların biznesini, evini və torpağını əlindən alırlar. Məsələn 6 şeyx ailəsi və 120 erməni ailəsinin yaşadığı bir yezidi kəndinə baş çəkdim. Bu kənddə uzunmüddətli proses nəticəaində yezidilərin torpaqları əllərindən alıblar. Ermənistanda bu kimi hallar çoxdur. Yezidilər sabah Ermənistanda başlarına nə gələcəyini bilmirlər”.

Yezidilərin evləri, müəssisələri və torpaqları qanunsuz olaraq müsadirə edilir

Yezidilərin evlərini, torpaqlarını əllərindən alanların kimliyinə gləincə, həmin əraziləri lə keçirənlərə həmin bölgələrdə “oliqarxlar” deyirlər: “Onlar dövlətlə əlaqəli insanlardır, polislərlə əlaqələri var və yezidilərdən əmlaklarını əllərindən alırlar. Dövlət yezidilərin hüquqlarını qorumaq üçün heç bir iş görmür”.

Yezidilərin evlərinin əlindən alındığı kəndlərə gəlincə, S.Sultanyan onların sayının çox olduğunu deyir: “Məndən soruşsanız, deyəcəyəm ki, yezidilərin evləri, müəssisələri və torpaqları qanunsuz olaraq müsadirə edilməsi və ələ keçirilməsi ilə bağlı 30-40 hadisə var”.

“Ermənistanda yalnız ermənilər yaşamalıdır və burada başqa xalqlara yer yoxdur”

Yezidi mərkəzinin rəhbəri Ermənistan-Azərbaycan müharibəsinə də toxunub: “1988-ci ildən bəri Ermənistanda ermənilərlə azərbaycanlılar arasında Dağlıq Qarabağa görə münaqişə başladı. Həmin vaxt Ermənistanda şovinizm hərəkatı baş qaldırdı və 90-cı illərdə dedilər ki, “Ermənistanda yalnız ermənilər yaşamalıdır və burada başqa xalqlara yer yoxdur”. Həmin dövrdə Ermənistanda bir çox yezidini kütləvi şəkildə güllələdilər. Bu səbəbdən yezidilər 2004-cü ilə qədər qorxu içində yaşayırdılar”.

Sultanyanın sözlərinə görə, göstərilən səbəblərdən yezidilərin hələ də qorxu içində yaşadığını görürük: “Onlar gələcəklərini Ermənistanda görmürlər. Yalandan dövlət Ermənistanın yezidi hüquqlarının qorunduğu nadir ölkələrdən biri olduğunu reklam edir, lakin bu tamamilə doğru deyil”.

Xatırladaq ki, rəsmi məlumata görə, Ermənistanda mövcud olan yezidi icması 70 min nəfəri əhatə edir. Amma onlara qarşı 1988-ci ildən bəri başlanan diskriminasiya hərəkətlərinə görə vaxtilə Ermənistanda yaşayan azərbaycanlı, rus və digər millətlərin nümayəndələri kimi yezidilərin də əksəriyyəti başqa ölkələrə köçməyə məcbur qalıblar.

Göründüyü kimi, başqalarını ksenofobiya, diskriminasiyada günahlandıran Ermənistan hakimiyyəti ölkədə yaşamağa məcbur qalmış yeganə etnik azlığa və icmaya qarşı da ayrı-seçkilik və təzyiq göstərir.

Orxan Məmmədli

Aztoda

Bənzər yazılar

Back to top button