Siyasət

Həsənov və Qallant Azərbaycan və İsrail arasında strateji münasibətlərin möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıblar

İsrail Dövlətinin müdafiə naziri Yoav Qallant Azərbaycanda rəsmi səfəri çərçivəsində müdafiə naziri Zakir Həsənovla görüşüb.

Görüşdə Azərbaycan ilə İsrail arasında hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.

İsrail Dövlətinin müdafiə naziri Yoav Qallant müdafiə naziri Zakir Həsənovla görüşdən öncə Şəhidlər xiyabanında ölkənin ərazi bütövlüyü uğrunda canlarından keçmiş insanların, həmçinin Azərbaycanın Milli Qəhrəmanı, yəhudi əsilli Albert Aqarunovun məzarlarını ziyarət edib.

Nazir Zakir Həsənov bildirib ki, Azərbaycan-İsrail arasında tərəfdaşlığın yüksək səviyyədə olması təkcə dövlətlərin inkişafında deyil, habelə bütün regionda təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayır.

Nazir Yoav Qallant Azərbaycan-İsrail əlaqələrinin dostluq və qarşılıqlı etimada əsaslandığını vurğulayıb, hərbi əməkdaşlığın daha da inkişaf etdirilməsi baxımından bu cür görüşlərin və qarşılıqlı səfərlərin zəruriliyini qeyd edib.

“Strateji münasibətlərin daha da möhkəmləndirilməsi və təhlükəsizlik üzrə əlaqələrin genişləndirilməsinin əhəmiyyəti xüsusi vurğulanıb”, deyə Müdafiə Nazirliyi qeyd edir.

Bənzər yazılar

Back to top button