GündəmHadisəManşet

Sumqayıt sakinləri Zakir Fərəcova etiraz edir: Binanın ətrafı satılıb (VİDEO, FOTO)

Xəbər verdiyimiz kimi, Sumqayıt şəhərinin 1-ci mikrorayon, 122-ci binanın sakinləri icra başçısı Zakir Fərəcovun qanunsuz əməllərinə etiraz edirlər.

AzToday.az xəbər verir ki, sakinlərin etirazının səbəbi isə icra hakimiyyətinin binanın ətrafını satmasıdır.

İcra başçısının özbaşınalıqlarından əhali Prezident İlham Əliyevdən və Birinci vitse-prezident Mehriban xanım Əliyevadan kömək gözləyirlər. Sakinlər sabah Prezident Administrasiyasının qarşısına yürüş etmək fikrindədirlər.

Sumqayıt İcra Hakimiyyəti isə bildirir ki, qeyd olunan ərazidə illər öncədən vətəndaşa məxsus mülkiyyətində olan köşk yerləşirdi. Torpaq sahəsi qanuni sənədlərə əsasən həmin mülkiyyətçiyə aiddir: “Vətəndaş mülkiyyətində olan ərazidə yüngül konstruksiyadan ibarət obyekt quraşdırmaq üçün aidiyyəti qurumlara müraciət edib. Onu da bildirək ki, qeyd olunan ərazidə sakinlərin hərəkətinə heç bir mane törədilmir. Bununla yanaşı qeyd edək ki, həmin ərazi ağacların olduğu yerə düşmür”.

Sakinlər isə bununla razılaşmır və torpaq sahəsinin icra başçısı Zakir Fərəcov tərəfindən qanunsuz olaraq satıldığını bildirir. Daha ətraflı video-sujetdə:

Sumqayıt sakinlərinin Prezident İlham Əliyevə etdiyi müraciəti təqdim edirik:

Bənzər yazılar

Back to top button