DünyaSağlamlıq

Avropa İttifaqında koronavirusa qarşı vaksinin ədalətsiz bölgüsü etirazla qarşılanıb

Avropa Komissiyasının rəhbərinin birinci müavini Frans Timmermans yeni növ koronavirusa (COVİD-19) qarşı vaksinlə bağlı strategiyasının səhv olduğunu bildirib.

APA-nın məlumatına görə, F. Timmermans “Tagesspiegel AM Sonntag” qəzetinə müsahibəsində bildirib ki, həm Brüssel, həm də Avropa İttifaqına (Aİ) üzv dövlətlərin vaksin alınması ilə bağlı sifarişlərində səhvə yol verildiyini qeyd edib.

Bununla belə, F. Timmermans tələsməməyə, pandemiyanın yekununda nəticə çıxarmağa çağırıb: “Yekunda biz görə biləcəyik ki, nəyi düz, nəyi səhv etmişik. Vaksinlə bağlı birgə sifariş düz qərar olardı”.

Qeyd edək ki, dünən Aİ-yə üzv 5 dövlət – Avstriya, Bolqarıstan, Latviya, Sloveniya və Çexiya vaksinin üzv dövlətlər arasında ədalətli bölüşdürülməsi problemi ilə bağlı Aİ-nin sammitinin keçirilməsini tələb ediblər. Bu dövlətlər vaksinin Aİ-yə üzv ölkələrin əhalisinin sayı nəzərə alınmaqla proporsional qaydada bölünməsinə istəyirlər. Eyni zamanda Avropa İttifaqı çərçivəsindəki mövcud mexanizmin bəzi dövlətlərə ayrıca vaksin almaq üçün dərman şirkətləri ilə müqavilə bağlamasına imkan verməsini tənqid edir, bu səbəbdən Aİ-yə üzv digər dövlətlərin vaksin çatışmazlığı ilə üzləşdiyini vurğulayırlar.

Bənzər yazılar

Back to top button