Dünya

Ermənistanda Paşinyanın istefası üçün hərəkat yaradıldı

Erməni siyasətçisi Edqar Qazaryan Baş nazir Nikol Paşinyanın istefası üçün “Müstəqillik Hərəkatı” yaratdığını açıqlayıb.

Ermənistan Konstitusiya Məhkəməsi aparatının keçmiş rəhbəri, müxalif siyasətçi Edqar Qazaryan Müstəqillik Hərəkatını yaratdığını bildirib.

Ermənistan mediası xəbər verir ki, məqsəd respublikanın hazırkı Baş naziri Nikol Paşinyanın istefasına nail olmaqdır.

Hökumət binası yaxınlığında jurnalistlərlə söhbəti zamanı Qazaryan bildirib ki, Ermənistan hazırkı hakimiyyətin Dağlıq Qarabağ nizamlanması məsələsində Azərbaycana güzəştə getməyə hazır olması səbəbindən “fəlakət təhlükəsi ilə üz-üzədir”. “Ermənistan hakimiyyəti ilk dəfə olaraq erməniləri sülh dövründə deportasiya etmək niyyətindədir”, – deyə müxalifətçi bildirib.

“Mən “Müstəqillik Hərəkatı” adlanacaq yeni hərəkatın başlamasına çağırıram. O, 1990-cı ildə Müstəqillik Bəyannaməsinin qəbul edildiyi gün – avqustun 23-də başlamalı və Ermənistanın 1991-ci ildə müstəqillik əldə etdiyi gün – sentyabrın 21-də başa çatmalıdır. Yəni ən azı sentyabrın 21-də Nikol Paşinyan artıq Baş nazir olmamalıdır”, – Qazaryan bildirib.

O, Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması yollarını da qeyd edib: könüllü istefa, baş prokurorun qərarları və parlamentin impiçmenti.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button