Cəmiyyət

Bakıda restoran tikənlər ağacları kəsməmək üçün bu üsula əl atdılar – Fotolar

Bakıda ağaclıq ərazidə tikilən restoranda qeyri-adi görüntü ortaya çıxıb.

Bu barədə “Bakı gündəliyi” səhifəsində paylaşım edilib.

Məlumata görə, restoran ağaclıq ərazidə tikilib. Lakin ağaclar kəsilməyib.

“Metronun “Həzi Aslanov” stansiyası yaxınlığında ağaclıqda “Ənsar” adlı kafe tikilib. Amma ağacları kəsməyiblər. Bəs ağaclar hardadır? Sən demə, ağacların gövdələri kafenin içində saxlanılıb, sadəcə, obyektdə qalan hissələr budanıb”, – paylaşımda bildirilib.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Yeniavaz.com-a bildirilib ki, məsələ araşdırılıb, ətraflı məlumat veriləcək.

Bənzər yazılar

Back to top button