Dünyaİqtisadiyyat

Koronavirus Trampı 1 milyard dollar ziyana saldı

Koronavirus pandemiyası səbəbiylə ABŞ prezidenti Donald Trampın aktivlərinin ümumi dəyəri təxminən 1 milyard dollar azalıb.

Qaynarinfo xəbər verir ki, bu haqda Forbes məlumat yayıb.

Məqalədə deyilir ki, martın 1-də Trampın 3,1 milyard dolları keçən sərvəti bu gün təxminən 2,1 milyard dollardır.

Jurnalistlər Trampın Nyu Yorkdakı daşınmaz əmlakının ümumi dəyərinin 1,9 milyard dollardan 1,2 milyard dollara, yaşayış əmlakının 235 milyon dollardan 148 milyon dollara düşdüyünü hesablayıblar. Amerika liderinə məxsus otel və qolf kurortlarının dəyəri də xeyli düşüb.

Bənzər yazılar

Back to top button