Dünya

İtaliya qərar verdi: bu tarixdən sərhədlər açılır

İtaliya hökuməti 3 iyun tarixindən etibarən ölkənin sərhədlərini açacaq və bölgələr arasında gəzintilərə icazə verəcək.

Qaynarinfo xəbər verir ki, bu haqda İtaliyanın hökumət saytında məlumat verilib. Bildirilir ki, koronavirus infeksiyası riski yüksək olan dövlətlər və ya bölgələr üçün məhdudiyyətlər qorunub saxlanıla bilər.

Qeyd edək ki, apreldə İtaliyada yoluxmuş insanların sayının azaldığı bildirilib və qısa müddətdən sonra hökumət karantini yumşaltmaq qərarına gəlib.

Son məlumatlara görə, İtaliyada 223 min COVID-19 hadisəsi aşkarlanıb, 31 mindən çox insan ölüb. İndi ölkə virusa yoluxanların sayına görə dünyada beşinci yerdədir.

Bənzər yazılar

Back to top button