Siyasət

Azərbaycanda xarici işlər nazirinə iki yeni müavini təyin edilib

Yalçın Rəfiyev və Samir Şərifov Azərbaycan xarici işlər nazirinin müavinləri təyin ediliblər.

Bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə X sosial şəbəkəsində yazıb.

Rəfiyev Xarici İşlər Nazirliyinin beynəlxalq təhlükəsizlik idarəsinin rəisi vəzifəsində çalışıb.

Şərifova gəldikdə isə, məlundur ki, bu ilin iyul ayında Azərbaycan prezidentinin sərəncamı ilə ona ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi rütbəsi verilib.

Beləliklə Xarici İşlər Nazirinin müavinlərinin sayı 6 çatdı. Adı çəkilən şəxslərdən başqa nazir müavini vəzifəsini Mahmud Məmmədquliyev, Araz Əzimov, Fariz Rzayev və Elnur Məmmədov tuturlar.

Bənzər yazılar

Back to top button