Dünya

Fələstin prezidenti: “Tarixə Qüdsü satan biri kimi düşməyəcəyəm”

Trampın “Əsrin sazişi” planını rədd edirəm. Tarixə Qüdsü satan olaraq düşməyəcəyəm. ABŞ artıq Fələstin üçün dost ölkə deyil. Trampla görüşməkdən də imtina etdim”.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, bunu Fələstin prezidenti Mahmud Abbas deyib. O, bildirib ki, heç bir müsəlman və xristianın Trampın bu planını qəbul etməsi mümkün deyil.

ABŞ prezidentini “Əsrin sazişi” planından sonra İsraillə bütün əlaqələri kəsdiklərini deyən Mahmud Abbas ABŞ-la da təhlükəsizlik daxil olmaqla bütün münasibətlədi dondurduqlarını açıqlayıb.

Bənzər yazılar

Back to top button