Cəmiyyət

QMİ-nin iclasında kəsiləcək qurbanlarla bağlı qərar

“Çox ehtimalla həm kəsilən, həm də paylanacaq qurbanlar onlayn qaydada həyata keçiriləcək”.

Bunu Qaynarinfo-ya açıqlamasında Sumqayıt Cümə Məscidinin axundu Hacı Rauf Sərdarov deyib. Onun sözlərinə görə, bu gün Qafqaz Müsəlmanları İdarəsinin iclası keçirilib:

“İclasda qərara alındı ki, qurbanlar kəsiləcək və çox ehtimalla həm kəsilən, həm də paylanılacaq qurbanlar onlayn şəklində olacaq. Məsələn, biri qurban kəsəcəksə, qurban kəsilən yerlərə müraciət edəcək. Qurban kəsilib sahibinə veriləcək”.

Rauf Sərdarov onu da əlavə edib ki, ehtiyacı olan ailələrə də qurban payları onlayn qaydada veriləcək.

Bənzər yazılar

Back to top button