Dünya

Sarkozi: “Trampın Prezident seçilməsi Qərbin çöküşünün əlamətidir”

Qərb artıq tənəzzül edib.

Qaynarinfo xəbər verir ki, bu sözləri Fransanın keçmiş prezidenti Nikola Sarkozi Madriddəki Fransisko de Vitoria Universitetində çıxışı zamanı deyib.

Çıxışın videosu “Mundo” qəzetinin saytında yerləşdirilib.

“Əsrlər boyu Qərbdən keçən dünya oxu bu gün Şərqə doğru yönəlib”, – Sarkozi deyib.

Sarkozi öz sözlərini demoqrafik məlumatlarla əsaslandırıb. O bildirib ki, planetdə yaşayan yeddi milyard insanın dörd milyardı Asiyada, mərkəzdə isə yalnız 800 milyonu yaşayır.

Keçmiş Fransa lideri hesab edir ki, AB böhranının əsas səbəbi köhnəlmiş ideyalardır. Ona görə, 27 ölkədən vahid Avropa yarana bilməz. Eyni zamanda, sabiq prezident hazırda “dörd Avropa” gördüyünü deyib:

“Şengen, avro, müdafiə və ittifaq. Buna görə də hamını köhnə anlayışlardan əl çəkməyə və “gələcək Avropa” barədə düşünməyə çağırıram”.

Bu vəziyyət, Sarkoziyə görə, “dəlilik, dram və tarixi ziddiyyət” olan Brexitin meydana gəlməsinə səbəb olub. Sarkozi Avropanın dəyişkən bir dünyada hərəkətsizliyinə son verməyin vaxtı çatdığını vurğulayıb.

“Vətəndaşlar hara getdiklərini bilməlidirlər”, – keçmiş dövlət başçısı deyib. O, Qərbin çöküşünün əlamətlərindən biri kimi isə Donald Trampın ABŞ prezidenti seçildiyini misal çəkib.

Bənzər yazılar

Back to top button