ManşetSiyasət

2020-ci ilin noyabrında qəbul edilmiş bəyanat Qarabağ məsələsini əhatə etmir – Paşinyan

“Ermənistan, Rusiya və Azərbaycanın 2020-ci ilin noyabrında imzaladığı üçtərəfli bəyanat Dağlıq Qarabağda zorakılığın dayandırılmasına yönəlmiş addım idi. Bu bəyanat Dağlıq Qarabağ məsələsini əhatə etmir, bir halda ki, Dağlıq Qarabağ münaqişəsinə toxunulmalıdır. Ümid edirik ki, yaxın gələcəkdə biz Dağlıq Qarabağ məsələsinə qayıda biləcəyik”. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Qatarın “Əl-Cəzirə” telekanalına müsahibəsində bildirib.

“Biz Ermənistan və Azərbaycan arasında demarkasiya komissiyası yaratdıq. Bu işin davam etdirilməsi çox vacibdir. Ümid edirik ki, biz beynəlxalq tərəfdaşlarımızın yardımı ilə sərhədlərimizin delimitasiyasını həyata keçirməyə müvəffəq olacağıq”, deyə Paşinyan bildirib.

Bununla belə, Ermənistan və Azərbaycan arasında, eləcə də regional sülh nöqteyi-nəzərdən ən mühüm məsələ Dağlıq Qarabağ məsələsidir, deyə Paşinyan qeyd edib. (Turan)

Bənzər yazılar

Back to top button