Bizim seçimCəmiyyətGündəm

Polşadan Azərbaycan vətəndaşlarını gətirən təyyarənin Bakıya enməsinə icazə vermədilər: Səfirlik məlumat yaydı (TƏFƏRRÜAT)

Koronavirus pandemiyası (COVID-19) ilə bağlı xaricdə olan Azərbaycan vətəndaşlarının vətənə təxliyə olunması üzrə fəaliyyət davam etdirilir.

Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyindən “Report”a verilən məlumata görə, 27 mart 2020-ci il tarixində “LOT” Polşa Hava Yolları tərəfindən ödənişli əsaslarla təşkil edilən Varşava-Bakı reysi müvəffəqiyyətlə həyata keçirilib və 90 nəfər Azərbaycan vətəndaşı ölkəyə qayıdıb.

“Bununla yanaşı LOT şirkəti tərəfindən uçuş barədə məlumatların Azərbaycan Hava Yollarına tam olaraq təqdim edilməməsi səbəbindən müəyyən anlaşılmazlıq yaranıb.

Lakin Azərbaycan rəsmilərinin işə qarışmasından sonra uçuşla bağlı bütün anlaşılmazlıqlar aradan götürülüb və uçuş uğurla başa çatıb” – deyə, səfirliyin məlumatında qeyd olunub.

AzToday.az xəbər verir ki, dünən tarixçi alim Altay Göyüşov Polşadan Azərbaycan vətəndaşlarının təxliyə olunması ilə bağlı sensasion məlumat paylaşmışdı. Onun sözlərinə görə, Azərbaycan rəsmiləri Polşadan gələn təyyarənin Bakıda deyil, Lənkəranda enməsini istəyiblər:

“Polşa tərəfi Bakıya çarter reysi ilə təyyarə göndərir. Qayıtmaq istəyən azərbaycanlı tələbələri və vətəndaşları da yığır həmin təyyarəyə. Təyyarə uçur Bakıya.

Bakıya çata-çatda Azərbaycan tərəfi deyir ki, Bakıya yox, Lənkərana oturacaqsınız.

Bunların vətəndaşları Bakıdadır, əslində onların arxasınca gəlir. Sadəcə yolüstü Azərbaycan vətəndaşlarını da gətirir.

Nə isə o deyir Bakıya oturacam, camaatımı götürməyə gəlirəm, bu deyir boş gələydin, boş deyilsənsə, içindəkiləri ancaq Lənkərana boşalda bilərik”.

Bənzər yazılar

Back to top button