GündəmManşet

İyulun 25-də Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşü olacaq

İyulun 25-də Moskvada Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun Azərbaycan və Ermənistanın xarici siyasət idarələrinin rəhbərləri Ceyhun Bayramov və Ararat Mirzoyanla üçtərəfli və ayrı ikitərəfli danışıqları keçiriləcək. Bu barədə Rusiya Xarici İşlər Nazirliynin məlumatında deyilir.

“Xarici siyasət idarələrinin rəhbərləri Dağlıq Qarabağ ətrafında vəziyyətin deeskalasiyası, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020 – ci il, 11 yanvar, 26 noyabr 2021-ci il və 31 oktyabr 2022-ci il tarixli üçtərəfli razılaşmalarının icrasının intensivləşdirilməsi yollarını təhlil edəcəklər. Bakı və Yerevan arasında sülh müqaviləsinin hazırlanmasına, qalan məsələlər üzrə həll yolunun axtarışına diqqət yetiriləcək ki, Moskva maksimum yardım göstərməyə hazırdır”, – məlumatda deyilir.

Nazirlər həmçinin Ermənistan-Azərbaycan normallaşmasının digər əsas yollarını, o cümlədən regionda nəqliyyat kommunikasiyalarının açılmasını, Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyasını, ictimaiyyət və ekspertlərin xəttilə əlaqələri, parlamentarilərin dialoqunun başlanmasını müzakirə edəcəklər.

Bundan əlavə, Bayramov və Mirzoyanla ikitərəfli söhbətlər zamanı siyasi, ticarət- iqtisadi və humanitar sahələrdə Rusiya-Azərbaycan və Rusiya-Ermənistan gündəliklərinin aktual məsələlərinin müzakirəsinə diqqət yetirilməsi planlaşdırılır, məlumatda deyilir.

Bənzər yazılar

Back to top button