İdman

“Qarabağ” – “Qəbələ” oyununda hamını duyğulandıran hərəkət: Şəhidin pankartını… – VİDEO

Futbol üzrə Azərbaycan Premyer Liqasının VI turunda “Qarabağ” və “Qəbələ” klubları arasında baş tutan qarşılaşmada ibrətamiz epizod qeydə alınıb.

Fanat.az xəbər verir ki, qonaqların qapıçısı Nicat Mehbalıyev rəqib komandanın fanatlarının olduğu tribunaya yaxınlaşıb. Buna səbəb isə tribunaya asılmış “İmarət tayfa” üzvü olan şəhidin pankartının əyilməsi olub.

“Qarabağ”ın futbolçusunun zərbəsindən sonra top şəhidin pankartına dəyib. Meydandan çıxan topu gətirmək əvəzinə Nicat Mehbalıyev əvvəlcə şəhidin pankartını düzəldib.

“Qəbələ”nin qapıçısının etdiyi bu hərəkət stadiondakı azarkeşləri həm duyğulandırıb, həm də Nicat Mehbalıyevə olan rəğbəti artırıb. Matçdan sonra “Qarabağ”ın azarkeşləri Nicat Mehbalıyevi tribunaya çağıraraq ona təşəkkür ediblər.

Bənzər yazılar

Back to top button