Dünya

Ermənistanda bir sutkada daha 662 nəfər koronavirusa yoluxub

Bu günə qədər 23909 nəfərdə koronavirusa yoluxma qeydə alınıb

AzToday.az “news.am” saytına istinadən xəbər verir ki, Ermənistan Səhiyyə Nazirlyinin Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Mərkəzindən verilən məlumata görə, Ermənistanda son 1 sutkada daha 662 nəfərdə koronavirusa yoluxma aşkarlanıb, daha 11 nəfər ölüb. Bununla da ölənlərin sayı 553 nəfərə çatıb.

Ermənistan Səhiyyə Nazirlyinin Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Mərkəzindən verilən məlumata görə, bu günə qədər koronavirusa yoluxanların sayı 23909 nəfərdir.

Bənzər yazılar

Back to top button