İdman

“Yuventus” Ronaldodan İtaliyaya qayıtmağı tələb etdi

“Yuventus” İtaliyanı tərk edən legionerlərindən 19 aprelə kimi ölkəyə qayıtmağı tələb edib.

Qol.az xəbər verir ki, bu barədə “La Repubblica” məlumat yayıb.

Turin təmsilçisində Kriştiano Ronaldo, Duqlas Kosta, Miralem Pyaniç və Sami Xedira martda öz vətənlərinə gediblər. Turinə qayıtdıqdan sonra onlar İtaliyada 14 gün müddətində karantində olacaqlar.

Qeyd edək ki, bu oyunçuların mayın 4-ü “Yuventus”da məşqlərə başlayacağı gözlənilir.

Bənzər yazılar

Back to top button