Hadisə

Ağstafada uçan körpülərlə bağlı rəsmi açıqlama (FOTO)

Fövqəladə Hallar Nazirliyi intensiv yağan yağışlar nəticəsində Ağstafa rayonunda ikisi Yuxarı Göycəli və biri Tatlı kəndi ərazisində olmaqla Həsənsu çayının üzərində yerləşən ümumilikdə 3 körpünün uçmasısı ilə bağlı məlumat yayıb.

FHN-dən AzToday.az-a verilən məlumata görə, hadisə yerinə nazirliyinin aidiyyəti nümayəndələri cəlb edilib, müvafiq tədbirlər görülüb.

Müəyyən edilib ki, aramsız yağışlar nəticəsində uçmuş (qəzalı vəziyyətə düşmüş) körpülər yuxarıda adları göstərilən kəndlərdə kənddaxili gediş-gəliş vasitəsi kimi istifadə edilib.

Hazırda həmin kəndlərin rayon mərkəzi və ya digər yaşayış məntəqələri ilə gediş-gəlişində hər hansı problem yoxdur.

Məsələ ilə əlaqədar müvafiq məsləhətləşmələr aparılır.

Bənzər yazılar

Back to top button