Hadisə

Apellyasiya Məhkəməsi Həmkarlar İttifaqı fəalını azad etməyib

Çərşənbə günü Bakı Apellyasiya Məhkəməsi “Demokratiya 1918” Hərəkatı yanında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İdarə Heyətinin üzvü Ayxan İsrafilovun həbsindən şikayətə baxıb. Məhkəmə şikayəti təmin etməyib və İsrafilovu həbsdə saxlayıb. Bu barədə Turan-a “Demokratiya 1918” Hərəkatının sədri Əhməd Məmmədli bildirib.

Onun sözlərinə görə, İsrafilov məhkəmədə bildirib ki, cinayət işini uydurma hesab edərək, irəli sürülən ittihamı rədd edir.

Xatırladaq ki, İsrafilov 234-cü maddə (narkotik maddələrin qanunsuz dövriyyəsi) ilə ittiham olunub və avqustun 12-də Nərimanov məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs edilib.

Tərəfdarları İsrafilovun həbsini onun Həmkarlar İttifaqı fəaliyyətilə əlaqələndirirlər. Avqustun 1-də kuryerlərin qida çatdırılması ilə bağlı etirazından sonra saxlanılan üçüncü fəaldır.

Konfederasiyanın rəhbəri Afiyəddin Məmmədov inzibati iş üzrə 30 sutka həbs edilib. Elvin Mustafayevə qarşı narkotik maddələrin qanunsuz dövriyyəsilə bağlı cinayət ittihamı irəli sürülüb və 4 ay müddətinə həbs edilib.

Bənzər yazılar

Back to top button