Siyasət

Azərbaycan Sərhəd Xidməti və İsrail Müdafiə Nazirliyi arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycan və İsrail Dövləti arasında qarşılıqlı faydalı münasibətlər bütün istiqamətlərdə, o cümlədən hərbi-texniki sahədə uğurla inkişaf edir.

Bu barədə iyulun 13-də Azərbaycanda səfərdə olan İsrail Dövlətinin müdafiə naziri Yoav Qallantla görüşdə Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi Elçin Quliyev deyib.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi bildirir ki, görüş zamanı İsrail müdafiə nazirinə azad edilmiş ərazilərdə dövlət sərhədlərinin mühafizəsi və müdafiəsi üzrə fəaliyyətlərin təşkili, zəruri infrastrukturun yaradılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib.

Müzakirə zamanı qurumlar arasında birgə əməkdaşlıq fəaliyyətlərinə nəzər salınıb, bu kimi səfərlərin ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsində əhəmiyyətli rolu vurğulanıb, qarşılıqlı maraq kəsb edən istiqamətlərdə əməkdaşlığın inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılıb.

Bənzər yazılar

Back to top button