Dünya

4 dil bilən fransız qız Adanada həbs edildi

ADANA-da terror təşkilatı İŞİD-ə qoşulmaq üçün Suriyaya keçmək istəyən Fransa vətəndaşı 21 yaşlı Anissa Laaroussi saxlanılıb.

Qaynarinfo xəbər verir ki, təşkilata qoşulmaq üçün İŞİD militanlarıyla sosial media hesablarından əlaqəyə keçdiyi deyilən qadın Təhlükəsizlik idarəsindəki ifadəsində Türkiyəyə turist kimi gəldiyini iddia edib. Daha sonra Laaroussi deportasiya üçün ərazi Miqrasiya İdarəsinə təhvil verilib.

Qeyd edək ki, Adana Terrorla Mübarizə İdarəsi Fransa vətəndaşı Anissa Laaroussinin terror təşkilatı İŞİD-ə qoşulmaq üçün Türkiyəyə daxil olduğunu müəyyən edib. Gənc qadını nəzəratə alan polis Laaroussinin İstanbuldan avtobusla Adanaya gəldiyini və şəhərdəki bir oteldə yerləşdiyini müəyyən edib. Adanada gecələdikdən sonra Laaroussinin Hataya gedəcəyi bəlli olub və o, otel otağında saxlanılıb. Şübhəlidən şəxsiyyət vəsiqəsi və 1420 avro pul götürülüb. Fransız, alman, ingilis və ispan dillərində sərbəst danışa bilən Laaroussinin mobil telefonunda aparılan axtarış zamanı baş örtüsüyülə çəkilmiş fotoları tapılıb.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button