İqtisadiyyat

Bu şəxslərə 190 manat düşürmü? – İqtisadçı və təhsil ekspertindən fərqli cavab

“Ötən il dövlət imtahanından keçə bilməyib işə düzələn, karantində işini itirənlərə 190 manat düşür”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, həmin şəxslərin işə qəbulu zamanı müqavilə bağlanılır:

“Onların rəsmi müqaviləsi olmalıdır. Əgər müqaviləyə xitam verilibsə, onlar da 190 manatla bağlı müraciət etməlidir və həmin şəxslərə də yardım ayrılmalıdır”.

Təhsil eksperti Kamran Əsədov qeyd edib ki, ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan şəxslərin məlumatlarının əks olunduğu “Tələbə-məzun” dövlət elektron məlumat sistemi mövcuddur:

“Hər bir şəxs ora tələbə adını qazandığı vaxt təhsil alan kimi daxil olur və təhsilini bitirmə haqqında sənədi alanda isə təhsilini başa vurmuş hesab olunur. Amma təhsil aldığı müddətdə akademik borcu olduğu halda belə, hətta təhsilini dondursa da, onlar aktiv tələbə statusuna malikdir. Ona görə də bu şəxslər sistemdə aktiv tələbə kimi görünür”.

Bənzər yazılar

Back to top button