Dünya

Türkiyədən qalxan təyyarə İngiltərəni qarışdırdı: Sosial məsafəyə niyə əməl olunmur?

AzToday.az “Sözcü” qəzetinə istinadən xəbər verir ki, Böyük Britaniya vətəndaşlarının ölkələrinə qayıtması üçün xüsusi icazə ilə Türkiyədən hərəkət edən bir təyyarənin daxilindəki görüntü ölkədə mübahisə yaratdı. Sosial məsafəyə əməl olunması qaydası və qoruyucu vasitələr olmadan sərnişinlərin uçması ciddi reaksiyalara səbəb olub.

Koronavirus dünyada sürətlə yayılması davam edərkən, epidemiyanın vurduğu sahələrdən biri də aviasiya sənayesidir. Ölkələr görülən tədbirlər çərçivəsində uçuşları qarşılıqlı olaraq dayandırsa da, vətəndaşlarının ölkəyə qayıtması çərçivəsində xüsusi uçuşlara icazə verirlər.

Ancaq bu uçuşlar mübahisəli görüntülər də yaradıb. İngilis mediası İspaniya və Türkiyədən Britaniyaya hərəkət edən iki təyyarədəki vəziyyətə diqqət çəkib.

Türkiyədən qalxan “Pegasus” təyyarəsində sosial məsafə qaydalarına əməl olunmadığını yazan “Daily Mail” qəzeti sərnişinlərin oturma nizamını balıq yığımını bənzədib.

Qəzetdə yayımlanan fotoşəkillərdə uçuş heyətinin qoruyucu paltar geydiyi, sərnişinlərin əksəriyyətində isə maska belə
olmadığı görülüb.

“Daily Mail”ə danışan reysdəki sərnişinlərdən biri Gemma Bain, “Uçuş heyəti tamamilə qorunurdu. Amma bizim heç bir qorucu vasitəmiz yox idi. Bu çox narahatverici hal idi. Bu təcili xilasetmə uçuşu idi, ancaq hökumətin göstərişlərinə əməl olunmadığı görünür”.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button