Cəmiyyət

Bazar günü havanın temperaturu enəcək

Bazar günü Azərbaycan ərazisində havanın soyuyacağı gözlənilir, bəzi yerlərdə yağıntı olacaq. Fevralın 5-dən 6-na keçən gecə Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağıntı sulu qara keçəcək, səhər saatlarında kəsiləcək, gün ərzində şimal-qərb küləyi mülayim cənub-qərb küləyilə əvəz olunacaq. Havanın temperaturu gecə 0-2, gündüz 6-9 dərəcə isti olacaq, Milli Hidrometeorologiya xidməti məlumat yayıb.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi yerlərdə qar yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 7-10 dərəcə isti, dağlarda 5-10, yüksək dağlıq ərazilərdə 15, gündüz 0-5 dərəcə şaxta olacaq.

Bənzər yazılar

Back to top button