Dünya

Bu ölkənin Kabilə göndərdiyi təyyarə yalnız 7 nəfəri təxliyə etdi

ABŞ qüvvələri geri çəkildikdən sonra Əfqanıstanda taliblərin idarəni ələ keçirdiyi böyük bir xaos yaşanır. Taliban rejimindən qaçmaq istəyən minlərlə insan paytaxt Kabildə hava limanına axın edib. ABŞ-ın göndərdiyi təxliyə təyyarəsinə minmək istəyən minlərlə insan izdiham yaratsa da, Almaniya hökuməti böyük bir qalmaqala imza atıb.

Unikal.org xəbər verir ki, Almaniyanın paytaxt Kabilə göndərdiyi 135 nəfərlik A400 tipli hərbi yük təyyarəsində yalnız 7 nəfəri təxliyə edilib. Sosial mediada böyük təəssürat yaradan Almaniya hökuməti bu mövzuda ağır tənqidə məruz qalıb.

Bənzər yazılar

Back to top button