İdman

Klopp etiraf etdi: “Liverpul” məğlubiyyətə layiq idi”

“Liverpul”un baş məşqçisi Yürqen Klopp “Çelsi” ilə oyun barədə (0:2) fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, alman mütəxəssis komandasının qələbəyə layiq olmadığını bildirib:

“Biz məğlubiyyətə layiq idik. “Çelsi” iki qol vurdu və biz qol epizodlarında böyük səhvlər buraxdıq. Tamamilə açıq oyun keçdi. İlk hissədə qapıya ardıcıl 3-4 zərbəmiz oldu. Mane fərqlənməyə yaxın idi. Sonradan “yeni nəfəs”ə ehtiyacımız var idi və bu səbəbdən dəyişikliklər etdik. Amma buraxdığımız qollar işimizi çətinləşdirdi.

Daha yaxşı olmalıyıq. Bunu biz də başa düşürük. Hər şey öz əlimizdədi. Biz düzgün yolla irəliləməyə davam etməliyik. Geridə qalan üç həftə elə də yaxşı keçmədi. Amma bu üç həftədən nəticə çıxara bilsək, onda ötən 21 günü mövsümün ən yaxşı günləri də adlandıra bilərik. Planımız bu yöndədi.

Hazırda bizi “Atletiko” maraqlandırmır. “Bornmut”la oyunumuzu düşünürük. Məyus olmağa ehtiyac yoxdu. İrəlidə hələ çox oyundan qalib ayrılacağıq və ilk növbədə şənbə günü bunu etməliyik”.

Bənzər yazılar

Back to top button