Siyasət

Erməni tərəfi 49 nəfərin həlak olduğunu bildirib

13 sentyabr səhər saatlarına olan məlumata görə, erməni tərəfdən 49 nəfər həlak olub. Bu barədə çərşənbə axşamı Ermənistanın baş naziri Nikol Paşinyan ölkə parlamentində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, ötən gecə Azərbaycan Silahlı Qüvvələri 4 istiqamətdə, daha sonra 3 istiqamətdə hücuma keçib.

Paşinyan deyib ki, səhər saat 11:0-a yaxın hərbi əməliyyatların intensivliyi səngiyib, lakin 1-2 istiqamətdə döyüşlər davam edir.

Azərbaycan Müdafiə Nazirliyi hələlik itkinin sayını açıqlamayıb.(Turan)

Bənzər yazılar

Back to top button