Siyasət

İlham Əliyev Vladimir Zelenski ilə təkbətək görüşdü

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelenskinin dekabrın 17-də rəsmi qarşılanma mərasimi olub

Qaynarinfo xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Prezident Vladimir Zelenskinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev Ukrayna Prezidenti Vladimir Zelenskini qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Ukrayna Prezidentinə raport verib.

Vladimir Zelenski Azərbaycan əsgərlərini salamlayıb. Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Ukraynanın və Azərbaycanın dövlət himnləri səsləndirilib.

Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Vladimir Zelenskiyə, Ukrayna nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan və Ukrayna prezidentlərinin qarşısından keçib.

Daha sonra İlham Əliyevlə Vladimir Zelenskinin təkbətək görüşü olub.

Bənzər yazılar

Back to top button