Dünya

Saturnda mürəkkəb üzvi molekullar tapıldı: həyat ola bilər

NASA Saturnun səthindəki okean qalıqlarında böyük üzvi molekullar aşkar edib.

Qaynarinfo Guardian-a istinadən xəbər verir ki, tapıntı planetin orbiti olan “Enceladus”da aşkar edilib. Molekullar Saturnda həyatın mövcud olma ehtimalını sübut edir. “Enceladus”da donmuş okean yerləşir. ABŞ və Almaniyadan olan alimlər bildirir ki, aşkar edilən üzvi molekullar amin turşularından daha mürəkkəb struktura sahibdir və metan qazından 10 dəfə ağırdır.

Bu fakt “Enceladus”da növbəti tədqiqatların aparılmasına səbəb olacaq.

Qeyd edək ki, Saturnda tədqiqatlar NASA və İtaliya Kosmik Agentliyinin birgə layihəsi olan “Cassini–Huygens” adlı missiya ilə aparılır.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button