Bizim seçimCəmiyyət

Əli Həsənov qəzetlərinə niyə pul xərcləmək istəmir?

Məlum olduğu kimi, fevralın 3-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 2020-ci ilin birinci yarısı üçün elan etdiyi müsabiqə çərçivəsində qəzetlərə maliyyə yardımının göstərilməsi ilə bağlı qərar qəbul edib. Maliyyə yardımı ayrılan qəzetlər arasında Azərbaycan və rus dillərində çıxan “Kaspi” və “Kaspiy” qəzetlərinin adı yoxdur. Hər iki qəzetin kollektivi bununla əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlayıb.

Əvvəldən qeyd edim ki, heç bir həmkarımın maddi çətinliklə üzləşməsinə razı olmaq ən böyük günah olardı. Amma KİVDF-nin pul ayırmamasına görə bu qədər hay-küy salmaq doğrudan da təəccüblü görünür. Əvvəla, bu qəzetlərin təsisçisi özəl şirkətdir. Digərlərini demirəm, Əli Həsənov həmin şirkətə məxsus “Kaspi” tibb mərkəzinin gəlirini yönəltsə qəzetlərin bütün xərcini ödəyə bilər. O başqa məsələdir ki, Əli Həsənov “vurulduqdan” sonra da dövlətdən pul yemək istəyir, bu alınmadıqda isə kollektivi ayağa qaldırıb türklər demişkən, “duyğu sömürüsü yapır”.

Sözügedən müraciətin son 20 ildə Azərbaycan mediasını məhvə sürükləyən Ə.Həsənovun birbaşa sifarış ilə hazırlandığı gerçəyini bir tərəfə qoyaraq həmin müraciətdə yalnız iki məqamın absurd və çirkinliyinə toxunmaq istərdik. Birincisi, Azərbaycan mətbuatında həm yayımına, həm də oxunaqlı olmasına görə kifayət qədər nüfuzlu qəzetlərin sıradan çıxarılıb yaradılan qəzet heç bir vaxt vaxtilə Əlimərdan bəy Topçubaşovun yaratdığı mətbu orqanın varisi ola bilməz. Ona görə də adını oğurlamaqları (o ad da milli baxımdan o qədər önəm daşımır) bir tərəfə, bu məqamda da “kaspi”lərə “dədə” axtarmağın yeri deyil. Bu qəzetin 1881-ci ildə nəşr olunan “Kaspi”nin varisi elan edilməsi İsa Qəmbərin M.Ə.Rəsulzadənin partiyasını özəlləşdirib, əslində adını oğurlayıb siyasətə qoşulmasına bənzər absurd bir şeydir.

Müraciətdəki bir çox peşəkar jurnalistin çalışdığı digər qəzetləri aşağılamaqdan ibarət ikinci məqama gəlincə, yazırlar ki, guya onların qəzeti həm məzmununa, həm də turajına görə yardım alan digər qəzetləri qabaqlayır. Əvvəla, bu həqiqət deyil, ikincisi, bunu həmin kollektiv müyyən etmir. Bu qədər özündən müştəbehlik təbii ki, vaxtilə hesabına əldə etdikləri imtiyazlardan yaranıb. Onlar bütün müsabiqələrdə həmin “güclü əlin” hesabına yüksək yerləri qamarlayanda öyrəniblər başqalarına yuxarıdan aşağı baxmağa.

Onlara sual olunur: uzağa getməyək, ötən il bəzi qəzetlərə maliyyə yardımı dayandırılanda, qəzetlər bağlananda və bir çox jurnalist işsiz qalanda, Əli Həsənovdan bir cümlə yazdığına görə saytlar bloklananda, yenə kiminsə uşağı çörəksiz qalanda saxta təbəssümlə layiq olmadığı mükafatları alan “Kaspi”nin bircə nəfər “açıq sözlü” əməkdaşı niyə Prezidentə müraciət eləmirdi?

Həmin qəzetdə yalnız maaş alan və xarici səfərlərə getmək imtiyazlarından məhrum olan əməkdaşların xatirinə bu sualların sayını artırmaqdan vaz keçirik.

Digər mühüm məqamı xatırlatmaq lazımdir. “Vurulmuş” bir kadrın özü də kifayət qədər maliyyəsi olan adamın hər hansı televiziya, radio və qəzetlərin, saytların olması təhlükəlidir. Hər an təxribata əl ata bilər. Necəki seçki vaxtı namizəd kimi ortaya atdığı şəxslər dövlətin vətəndaşlara xidmətinin üstünə xətt çəkməklə məşğuldur. Məsələn, bu qəzetin özündən müştəbəhlik dərəcəsinin qıcqırma halında olan əməkdaşı, bələdiyyə seçkilərində biabırcasına uduzmasına baxmayaraq, Əli Həsənovun birbaşa xeyir-duası ilə gedib cəbhə bölgəsində yerləşən rayonlarımızda illərdir dövlət başçısının qəbul etdiyi dövlət proqramları əsasında infrastruktur quruculuğu sahəsində gördüyü işlərə kölgə salmaqla yanaşı, guya cəbhəyanı rayonların əhalisinin narazılıq etdiyi barədə barədə rəy yaratmağa çalışaraq infromasiya müharibəsi aparan düşmənlərimizin əlinə arqument verməklə məşğuldur (Əli Həsənovun birbaşa dəstək verdiyi namizədlərin hamısı təxribatla məşğuldur). İndiki məqamda bundan artıq təxribat olmaz.

Bu məsələyə sonluq olaraq onu qeyd etmək lazımdır ki, ən son variantda həmin qəzetlərin əməkdaşları işsiz qalmayacaqlar. Onlar bu müraciəti vaxtilə başqalarının haqqını tapadalayaraq onları qabağa verən Əli Həsənova ünvanlasınlar ki, əgər doğrudan da kiminsə işsiz qalmasına istəmirsə, şirkətlərinin pullarından xərcləsin.

Murad Əhmədzadə

AzToday.az

Bənzər yazılar

Back to top button