Dünya

ABŞ həm İsrailə, həm də Ukraynaya hərbi təyinatlı məhsullar göndərəcəyini vəd edir

Bazar ertəsi Bayden administrasiyası bildirib ki, həm Ukraynanın, həm də İsrailin Rusiyadan və HƏMAS-dan qorunması üçün lazım olanlarla təmin etməkdən ötrü “səylə çalışır”, – Turan-ın Vaşinqton müxbiri məlumat verib.

“Biz onları İsrailə təqdim edənə qədər silah sistemləri və əlbəttə ki, gələcəkdə Ukraynaya verəcəyimiz xüsusi paketlər (silahlar) barədə danışa bilmərəm”, – Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyü Miller Ukrayna üçün nəzərdə tutulmuş minlərlə artilleriya mərmisinin İsrailə göndərilməsilə bağlı Turan-ın müxbirinin sualına cavab olaraq deyib.

“Hər iki ölkəni qorunmaq üçün lazım olanlarla təmin etməkdən ötrü var gücümüzlə çalışacağıq. Ötən həftə prezidentin dediyi kimi, göndərdiyimiz əlavə sorğunu Konqresin qəbul etməsi lazımdır”, – Miller deyib.

Xatırladaq ki, prezident Co Bayden Konqresdən hər iki ölkəyə on milyardlarla dollar yardım ayırmağı xahiş edib.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button