İdman

Vlahoviç İngiltərə Premyer Liqasında

“Yuventus”un hücumçusu Duşan Vlahoviç karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Fanat.az xəbər verir ki, “Çelsi” onu transfer etmək istəyir.

İnformasiyanı jurnalist Alfredo Pedulla yayıb.

Tərəflər bu günlərdə danışıqlar masasına əyləşəcəklər. Amma əvvəlcə “Çelsi” Romelu Lukakunu satmalıdır. Belçikalı forvardın London klubunda qalmaq perspektivi yoxdur. Belədə “zadəganlar” mərkəz hücumçu mövqeyindəki boşluğu Vlahoviçlə doldurmağa çalışacaqlar.

Serb forvardın təxmini dəyəri hazırda 70 milyon avrodur. Bu, “Yuventus”un 2022-ci ilin yanvarında Vlahoviç üçün “Fiorentina”ya ödədiyi məbləğdən 11,5 milyon avro azdır.

Bənzər yazılar

Back to top button